Mərkəzimizin həkimi t.ü.f.d., Dr. Gülnarə Ağayeva "Asiya Sakit Okean Qaraciyər Araşdırmaları Birliyi"nin (APASL) İcra Komitəsinin Üzvü seçilmişdir.

Bakı Sağlamlıq Mərkəzinin Qaraciyər xəstəlikləri mərkəzinin rəhbəri, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar ictimai Birliyinin sədri t.ü.f.d., Dr. Gülnarə Ağayeva "Asiya Sakit Okean Qaraciyər Araşdırmaları Birliyi"nin (APASL) İcra Komitəsinin Üzvü seçilmişdir. Bu münasibət ilə Sizi təbrik edirik! İşlərinizdə müvəffəqiyyətlər arzu edirik! Dr. Gülnarə Ağayeva 2004-cü ildən Asiya Sakit Okean Qaraciyər Araşdırmaları Birliyi (APASL) üzvüdür . 2008-ci ildə 18-ci APASL konfransında Amerika və Asiya Sakit Okean Associasiyalarının "Ən yaxşı elmi işi " adına mükafatlına laiq görülüb. "Azərbaycan Qastroenteroloq və Hepatoloqları ictimai birliyi "nin təşkilatçılığı ilə Baki konges Mərkəzində APASL (Asian pacific association for the study of the liver) 2019 "DELTA HEPATİT" adlı konfransı keçirilmişdir. 2004-2021 iledek APASL-da məruzəçi olaraq iştirak etmişdir.

Diqər xəbərlər